Şriftin ölçüsü :

Saytın rəngi :

“Çiçək” körpələr evi-uşaq bağçasında bayram tədbiri keçirildi.

01 iyun 2015 | 10:00

1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Çiçək” körpələr evi-uşaq bağçasında bayram tədbiri keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov, Qaradağ Rayon Rus icmasının sədri Natalya Paramanova, bağçanın müəllimləri, validenylər və uşaqlar iştirak edirdi.
Tədbirdə çıxış edən natiqlər ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışdılar. Bildirdilər ki, dövlətimizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, onların əlverişli mənəvi və sosial mühitdə böyümələri üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılır, bu sahəyə diqqət və qayğı günbəgün artır.
Daha sonra uşaqların ifasında maraqlı rəqslər, bədii kompozisiyalar ilə davam etdi.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.

Keçidlər