1 iyun – Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunmuş “Göyqurşağı” uşaq festivalı keçirildi.
Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sahil qəsəbəsindəki Dənizkənarı parkda 1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Göyqurşağı” uşaq festivalı keçirildi.
Keçirilən uşaq festivalında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayonda fəaliyyət göstərən uşaq musiqi və yaradıcılıq mərkəzləri, İctimai birliklərin şagird və müəllim kollektivləri, eləcə də rayonun azyaşlı sakinləri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ilk öncə körpələri bu gözəl bayram münasibəti ilə rayon rəhbərliyi adından salamlayaraq təbriklərini çatdırdı. Bildirdi ki, artıq 60 ildən çoxdur ki, uşaqların müdafiəsi, onların hüquqlarının qorunması, bir sözlə uşaqlara diqqət və qayğı beynəlxalq xarakter alıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışıb. Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə artıq vüsət aldığını tədbir iştirakçılarının nəzərinə çatdı. Heydər Əliyev Fondu tərəfindən rayonumuzda bir neçə məktəbin təmir edilib, bağçalar tikilir, bayram şənlikləri təşkil olunur ki, bu da körpələrimizin ürəyincə olur.
Tədbirdə uşaqların şən nəğmələri dinlənildi, onlar arasında müxtəlif növ yarışları keçirildi, hədiyyələr paylandı, bayramı xoş və yaddaqalan keçirmələri üçün hər cür şərait yaradıldı.
Tədbirin sonunda Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya uşaqlar tərəfindən onlara hər zaman göstərilən diqqət və qayğı üçün körpə əllərini mürəkkəbə batırıb məktuba basmaqla minnətdarlıq məktubu yolladılar.