Rayonun tam orta məktəblərində "Son zəng" tədbirləri təntənə ilə qeyd olundu.
29-30 may 2015-ci il tarixlərində Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olundu.
Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu gün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərində gələni etdilər.
Hər bir tədbir Azərbaycanın dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıldı, rayonumuzda son illər ərazində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirdilər. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Yadda qalan tədbirlərdən biri də Sahil qəsəbəsində yerləşən Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbində baş tutdu. Belə ki, keçirilən “Son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, Təhsil Nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, məktəb kollektivi və valideynlər iştirak etdilər.
Tədbirdə çıxış edən hər bir qonaq məzunlarımıza gələcək həyatlarında uğurlar dilədilər. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Qeyd etmək lazımdır ki, rayon üzrə 1256 şagird orta məktəbi məzun olaraq bitirdi.