Şriftin ölçüsü :

Saytın rəngi :

I Avropa Oyunlarına dəstək məqsəd ilə tədbir keçirildi.

29 may 2015 | 10:00

I Avropa Oyunlarına dəstək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı keçirildi.
    Lökbatan qəsəbəsi, Ə.Əmirov adına mədəniyyət evində baş tutan tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, Bakı Xoreoqrafiya Akademiyasının Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sona xanım İbrahimova, “Keçmişdən gələcəyə doğru” Gənclər Birliyinin sədri Arzu Məsiyev, Bakı Xoreoqrafiya Akademiyasının müəllim kollektivi və rayon ictimaiyyəti iştirak edirdi.
     Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının klassik və xalq bölmələrinin təqdimatında bir-birindən maraqlı rəqs nümunələri, müxtəlif baletlərdən parçalar və digər kompozisiyalar nümayiş olunması tamaşaçıların böyük marağına səbəb oldular.

Keçidlər