Şriftin ölçüsü :

Saytın rəngi :

Müşviqabad qəsəbəsində səyyar görüş keçirildi.

29 may 2015 | 10:00

29 may 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirildi.
      Görüşdə rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 190-a yaxın qəsəbə sakinləri iştirak edirdi.
      Qəbula gələn qəsəbə sakinlərindən 13 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində 274 nömrəli orta məktəb üçün 20 siniflik əlavə tədris korpusunun tikintisi və Müşviqabad Mədəniyyət evi əsaslı təmiri yekunlaşaraq istifadəyə verilmişdir. Bundan başqa müxtəlif diametrli ümumilikdə 500 metr su xəttləri yeniləri ilə əvəz olunmuşdur. Elektrik enerjisinin təminatı sahəsində müəyyən işlər görülmüşdür ki, 1 ədəd 400 kva-lıq yeni transformator quraşdırılmış, 2600 metr AS-50 markalı naqillər çəkilmişdir. Eləcə də qəsəbə ərazisində yerləşən hündür mərtəbəli yaşayış binalarının dam örtükləri təmir olunmuş, yaşayış binalarında mövcud liftlərdən 18-ində əsas mühərrik, 15 ədəd qapı mühərrik təmir olunmuşdur.
Daha sonra sakinlərə yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.

Keçidlər