Şriftin ölçüsü :

Saytın rəngi :

“Kimsəsizlərə kimsə olaq” xeyriyyə aksiyası keçirildi.

24 may 2015 | 10:00

24 may 2015-ci il tarixində Sahil qəsəbəsindəki Dənizkənarı parkda Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və rayonunun tələbə gənclərinin təşkilatçılığı ilə “Kimsəsizlərə kimsə olaq” layihəsi əsasında xeyriyyə aksiyası həyata keçirildi.
     Layihə çərçivəsində gənclər tərəfindən oxunmuş əsərlər, Azərbaycanın müstəqillik dövrünü, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, milli idmanımızın inkişaf tarixini özündə əks etdirən məlumat xarakterli jurnallar iştirakçı gənclərə hədiyyə edildi.
     Tədbirdə həmçini gənclərin gənclər arasında Breyn-rinq intellektual oyunu üzrə yarış, flaşmob keçirildi.
    Bununla yanaşı gənclərin əl işləri, çəkdikləri rəsm, hazırladıqları suvenir və digər əşyaların satışı təşkil olundu. Satışdan qazanılan məbləğ təşkilatçı gənclərdən ibarət yaradılmış komissiya tərəfindən ehtiyacı olan 10 nəfərə verildi.

Keçidlər