Şriftin ölçüsü :

Saytın rəngi :

“A.S.Qriboyedov:era, şəxsiyyət, yaradıcılıq və taleyi” mövzusunda tədbir keçirildi.

14 may 2015 | 10:00

Görkəmli Rus şairi, yazıçı-dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedovun anadan olmasının 220 illik münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi «Rossotrudniçestvo» cəmiyyətinin Rusiya informasiya və mədəniyyət mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Rus icması və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının birgə təşkilatçılığı ilə tədbir keçirildi.
     İlk öncə tədbir yazıçı-dramaturqun həyatından bəhs edən filmin nümayişi ilə başladı.
    Tədbirdə çıxış edən natiqlər görkəmli şairin həyatına nəzər saldılar. Bildirildi ki, bir çox xarici dilləri bilən Aleksandr Sergeyeviç Qriboyedov hələ universitetdə oxuyarkən poetik istedadı üzə çıxır və kiçik əsərlər yazmağa başlıyır. Yazıçı olmaqdan əlavə diplomat kimi fəaliyyət göstərməsi də əsərlərin məzmuna təsir edir. İşlədiyi yerlərin həyatı, yaşadıqları əsərlərində canlanır. Həyatının böyük bir hissəsini Qafqaz regionunda diplomat kimi keçirən A.S. Qriboyedov 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir. 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, İranda rəsmi səfir təyin edilir. Elə həmin ildə o, Tehranda səfirlik binasında qətlə yetirilir və meyidi Tiflisə aparılır.

Keçidlər