Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan alverinin mahiyyəti, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda dəyirmi masa keçirildi.

14 may 2015 | 10:00

14 may 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İnsan alverinin mahiyyəti, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda rayonun fəal gəncləri və 7 saylı Bakı Peşə məktəbinin şagirdləri ilə dəyirmi masa keçirildi.
     Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri M.Bayramov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin polis mayoru İ.Əhmədov, həmin nazirliyin 152 qaynar xəttinin direktoru G.İbrahimova iştirak edirdi.
    Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri M.Bayramov mövzunun aktuallığından, insan alverinə qarşı kütləvi şəkildə mübarizə aparmaq məqsədilə dövlətimiz bu sahədə yürütdüyü inamlı siyasətdən danışdı.
     DİN-nin əməkdaşları bəzi statistik rəqəmlər haqqında məlumat verərək daxili işlər orqanlarının insan alverinə qarşı gördüyü tədbirləri nəzərə çatdırdılar. İştirakçı gənclərə insan alverinin qurbanına çevrilməmək üçün lazımi maarifləndirici məlumatlar verildi və DİN-nin 152 qaynar xəttindən istifadə etmək tövsiyyə olundu.
    Digər çıxış edənlər də İnsan alverinin yaranma səbəblərindən və mahiyyətindən, doğurduğu təhlükələrdən və onunla mübarizə aparmaq məqsədilə gənclər arasında görülən işlərdən, əməli tədbirlərdən söhbət açaraq bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.

Keçidlər