Şəhid Azər Namazovun xatirə gecəsi keçirildi.
Qızıldaş qəsəbəsi, Azər Namazovun adını daşıyan 180 nömrəli tam orta məktəbində Şuşanın işğalının 23-cü ildönümü və şəhid Azər Namazovun xatirə gecəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edirdi.
İlk öncə tədbir iştirakçıları vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Daşaltı əməliyyatı səhnələşdirildi, vətənpərvərlik mövzusunda şeirlər səsləndi. Şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qısa lakin şərəfli həyat yolundan danışdılar.
Azər Namazaov Qarabağ müharibəsi başlayanda digər qeyrətli vətən övladları kimi cəbhəyə yollanır. O, 1991-ci ildə könüllülərdən təşkil olunmuş Şıx bataliyonda leytenant rütbəsi ilə tağım komandiri kimi cabhəyə yollandı. Öz tağımı ilə Şuşa şəhəri və Malıbəyli kəndində döyüşmüşdür. 1992-ci il yanvarında 25-26-da Daşaltı əməliyyatında Azər də 90 nəfər əsgər yoldaşları kimi vətənin bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Onun cəsədinini martın 28-də qarın altından tapılmış və martın 29-da Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Hazırda Azərin vaxtilə işlədiyi Qaradağ rayonu Qızıldaş qəsəbəsi 180 № li orta məktəbi onun adını daşıyır.