Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtəşəm bayram konserti keçirildi.

07 may 2015 | 10:00

07 may 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illik yubileyinə və Gül bayramına həsr olunmuş konsert keçirildi.
     Keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli məclisin üzvü Ağalar Vəliyev, Şura üzvləri, qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.
İlk öncə Ulu Öndərin həyatından bəhs edən film nümayiş olundu.
     Daha sonra konsert proqramı respublikamızın tanınmış müğənnilərinin rəngarəng ifaları ilə davam edərək əhali tərəfindən böyük hərarətlə qarşılandı.
    Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışıldı.
    Konsert proqramı atəşfəşanlıqla yekunlaşdı.

Keçidlər