Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və İslam həmrəyliyi siyasəti: varislik, novatorluq, dinamizim” mövzusunda elmi-praktik konfrans keçirildi.

07 may 2015 | 10:00

07 may 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və İslam həmrəyliyi siyasəti: varislik, novatorluq, dinamizim” mövzusunda elmi-praktik konfrans keçirildi.
     İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli məclisin üzvü Ağalar Vəliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, həmin akademiyanın doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər.
     Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ulu Öndərin İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab etdiyini bildirdi. Qeyd etdi ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra hər bir sahə kimi dövlət-din münasibətləri də yeni mərhələyə qədəm qoydu. Dövlətimizin yürütdüyü siyasətdə hər zaman din dövlətdən ayrı olmuşdur. Bu gün ölkəmizin dünyaya tolerantlıq nümunəsidir. İslam dövlətləri ilə daim yaxın dost münasibətlər qurulmuş və bu gün bu siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.Yaradılan sabitlik, dinamik inkişaf, hər ötən gün qazanılan uğurun arxasında məhz Ulu Öndərin ideyaları dayanır.
      Milli məclisin üzvü Ağalar Vəliyev dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirdi. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktual olduğunu, Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdıran ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin etmişdir. Ümummilli Liderimizin inkişaf strategiyasını inamla davam etdirən İlham Əliyev cənabları Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur.
     Digər natiqlər də öz çıxışlarında Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bir başa bağlı olduğunu bildirdilər. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Artıq ölkəmizin dünyada sayılıb-seçilən, hörmət edilən dövlətlərindən biridir. Hər il möhtəşəm, əlamətdar tədbirlərin, konfransların, mötəbər yarışların keçirildiyi məkana çevrilib. Bütün bunların özəyini isə ulu öndərin siyasi kursunu inamla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır. Yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.

Keçidlər