Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr оlunmuş Sahil-Lökbatan-Sahil marşrutu üzrə velosiped yürüşü keçirildi.
02 may 2015-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr оlunmuş Sahil-Lökbatan-Sahil marşrutu üzrə velosiped yürüşü keçirildi.
Yürüşdə Qaradağ rayon gəncləri və həvəskar velosipedçilər iştirak edirdi. Qeyd olundu ki, Ulu Öndərin yubileyi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən silsilə tədbirlər keçirilməkdədir və sözügedən yürüş həmin tədbirlər planının tərkib hissəsidir. Yürüş rayonun Sahil qəsəbəsində yeni inşa edilmiş Gənclər Evinin qarşısından start götürərək Lökbatan qəsəbəsinə gəldilər. Həmin qəsəbədə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Gülqoyma mərasimindən sonra iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətini geniş əks etdirən Heydər Əliyev Mərkəzindəki fotostendlə yaxından tanış oldular.
Qısa fasilədən sonra yürüş iştirakçıları son məntəqə olan Sahil qəsəbəsinə istiqamət aldılar.