I Avropa Oyunlarına dəstək məqsəd ilə tədbir keçirildi.
I Avropa Oyunlarına dəstək məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və rayonun Uşaq musiqi məktəblərinin kollektivlərinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon ərazisində fəaliyyət göstərən Uşaq musiqi məktəblərinin rəhbərləri, müəllim və şagird kollektivləri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova ölkəmizdə idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasətin bu sahədə böyük uğurların əldə olunması ilə nəticələndiyini bildirdi. Qeyd etdi ki, Dövlətimizin başçısı cənab İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Azərbaycan üçün əlamətdar olan bu oyunların keçirilməsinə hazırlıq tədbirləri yüksək səviyyədə həyata keçirilir. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilir. Bu qəbildən olan tədbirlərin keçirilməsində əsas məqsəd Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyi təmin etməkdən ibarətdir.
Daha sonra tədbir gənclərin iştirakı ilə idman oyunları, musiqi nömrələri, rəqslər və tamaşalar keçirildi.