Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın 92 illik yubileyinə həsr olunmuş xeyriyyə aksiyası keçirildi.

25 aprel 2015 | 10:00

25 aprel 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən 6 saylı Somatik Uşaq Sanatoriyasında  akademik Zərifə xanım Əliyevanın 92 illik yubileyinə həsr olunmuş xeyriyyə tədbiri keçirildi.
     Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ilk öncə 6 saylı Somatik Uşaq Sanatoriyasında müalicə alan uşaqlara baş çəkdi, orada işləyən həkim kollektivi ilə görüşdü. Qeyd etdi ki, akademik Zərifə xanım Əliyeva bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellektə, geniş dünyagörüşünə sahib olmuşdu. Tibb elminə yüksək, novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Zərifə xanım bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş edirdi. Məhz buranın ziyarətini də Zərifə xanımın əziz xatirəsinə hörmət əlaməti kimi dəyərləndirdi.
     Tədbirin sonun Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlar üçün hədiyyələr təqdim olundu, Sanatoriyaya isə lazımi mətbəx avadanlıqları verildi.

Keçidlər