Korgöz qəsəbəsində səyyar görüş keçirildi
24 aprel 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə rayonun hüquq-mühafizə orqanları, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.
Qəbula gələn qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Qəsəbə ərazisində MİO yaşayış massivinin sakinləri içməli su ilə təchiz olunmuş, hal-hazırda qəsəbənin AZNS yaşayış massivində bu istiqamətdə işlər davam edir. Qəsəbə daxili yollara 76 maşın piltə qırıntısı, 155 maşın çınqıl, 128 maşın karbonat yayılmış, 500-ə qədər ağac əkilmişdir.
Daha sonra sakinlərə Respublika Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.