Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş cüdo üzrə Qaradağ rayon açıq birinciliyi keçirildi.
18 aprel 2015-ci il tarixdə Qaradağ rayonu Sahil qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Qaradağ Gənclər və İdman Klubunun təşkilatçılığı, Boss Şelf MMC-nin maliyyə dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş cüdo üzrə Qaradağ rayon açıq birinciliyi keçirildi.
Turnirin açılış mərasimində çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov, Bos Şelf şirkətinin direktor müavini Nazim Hüseynov ulu öndərin Azərbaycan idmanı üçün gördüyü misilsiz işlərdən danışaraq bu yolun milli idmanımızın hamisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin söylədilər. Artıq vətənimizin dünyada idman ölkəsi kimi tanındığı qarşıdan gələn I Avropa Oyunlarında idmançılarımıza uğurlar arzulandı.
12 çəki dərəcəsində keçirilən, Respublikanın müxtəlif bölgələrindən 26 komandanın iştirak edən yarışın ümumi yekun nəticəsinə görə qaliblərə müvafiq dərəcəli diplom və medallar, pul mükafatları təqdim olundu.