Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıldaş qəsəbəsində səyyar görüş

18 avqust 2012 | 10:00

Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 250-ə yaxın qəsəbədə məskunlaşan qaçqın iştirak etmişdir. İştirak edən sakinlərin 12 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov sakinlərin problemlərinin yaxın vaxtda həll ediləcəyini, Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, rayonun inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu bildirmişdir.
Səyyar qəbulda fərdi qaydada dinlənilmiş müraciətlər yerində araşdırılıb, rayon İcra hakimiyyəti başçısının müavini tərəfindən aidiyyəti üzrə tapşırıqlar və vətəndaşlara qaldırdıqları məsələlərlə bağlı hüquqi izahatlar verilmişdir.
 

Keçidlər