Səyyar həkim briqadası Səngəçal qəsəbəsində.
Əhalinin sağlamlığı daim dövlətimizin yürütdüyü siyasətin əsas istiqamətlərində biridir. Səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2015-ci il fevral ayının 2-dən respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilir.
Rayonun səhiyyə ocaqlarında keçirilən müayinələr yüksək səviyyədə təşkil edilmişdir. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stamotoloq və dermatoloqlar cəlb olunmuşlar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır.
Rayonda sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların tibbi müayinədən keçirilməsi üçün mühüm işlər görülmüşdür.
Bu məqsədlə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış səyyar həkim briqadası rayonumuzun uzaq qəsəbəsi olan Səngəçal qəsəbəsinə yollanaraq əhalinin tibbi müayinəsini həyata keçirdilər. Bu hadisəni böyük sevinclə qarşılayan sakinlər onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.
Artıq ümumillikdə 36227 sakin müayinədən keçmişdir ki, onlardan 224 nəfəri stasionar müalicəyə göndərilmiş, 206 nəfəri isə dispanser qeydiyyatına alınmışdır.