Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin sağlamlığı daim diqqət mərkəzindədir.

10 aprel 2015 | 10:00

Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibbi xidmətin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən ölkəmizin hər bir yerində tibbi müayinələr keçirilir.
Cari ilin fevral ayından başlayan tibbi müayinəyə əsasən artıq 26005 nəfər  tibbi müayinədən keçirilmişdir. Rayonumuzda uğurla icra olunan bu aksiyada müayinələr yüksək səviyyədə təşkil edilir. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stamotoloq və dermatoloqlar cəlb olunmuşlar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır.
Bu məqsədlə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış səyyar həkim briqadası rayonumuzun uzaq qəsəbəsi olan Çeyildağ qəsəbəsinə yollanaraq əhalinin tibbi müayinəsini həyata keçirdilər. Bu hadisəni böyük sevinclə qarşılayan sakinlər onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

Keçidlər