Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunları keçirildi.

07 aprel 2015 | 10:00

Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.5-ci bəndinin icrası ilə əlaqədar olaraq, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunu hər il ənənəvi olaraq rayonda məktəbli gənclər arasında keçirilir.
Bu il “Şahin” hərbi-idman oyununun rayon birinciliyi 07 aprel 2015-ci il tarixində Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə keçirildi.
“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
Hərbi-idman oyunları zamanı məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar.
Yarışda iştirak edən 184 nömrəli tam orta məktəbin şagirdləri birinci yeri, 195 və 222 nömrəli tam orta məktəbin şagirdləri isə müvafiq olaraq ikinci və üçüncü yerlərin qalibi oldular.

Keçidlər