Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə yardım

18 avqust 2012 | 10:00

17 iyun 2012-ci il tarixində isə Qaradağ Rayon İcra Hakimiyyətində Müqəddəs Ramazan bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zəfər Əliyev, Mahmud Qubatov və rayon ictimaiyyəti iştirak etmişdir.
Görüş zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev ilk öncə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik etmiş, tutulan orucların qəbul olunmasını diləmiş, hər kəsə bol ruzi və ailələrində əmin-amanlıq arzulamışdır.
Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini vurğulayaraq, Müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirmişdir. Bu ənənənin bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyini bildirərək, dövlətimizin həmişə aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsinə xüsusi diqqət yetirdiyini qeyd etmişdir. Qəsəbə ağsaqqalı Hacı İsa göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə sakinlər adından minnətdarlığını bildirmişdir.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 250 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilmişdir
 

Keçidlər