I Avropa Oyunlarına hazırlıq işləri davam etməkdədir.
Ölkəmizdə I Avropa Oyunlarının başlanılacağı gün yaxınlaşdıqca bu mötəbər tədbirlə bağlı hazırlıq işlərinin miqyası da genişlənir. Bu baxımdan paytaxtımızın ən böyük rayonu olan Qaradağ rayonunda həyata keçirilən tədbirlər diqqət çəkməkdədir.
Məhz bu məqsəd ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən müvafiq sərəncam verilmiş və tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlə planına əsasən görülən işlər nəticəsində rayon ərazisindən keçən Dairəvi yol ətrafında böyük bir sahədə abadlıq işləri aparılaraq ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə Eldar şamı, zeytun, liandra, tuya və bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilmiş, sünu ot örtüyü salınmışdır. Bundan başqa "Bakı Avropa Oyunları 2015"in loqosu, Avropa Oyunlarında keçiriləcək idman yarışlarının şəkilləri rayon ərazisinə giriş hissədən yerləşdirilmişdir.
Bu sahədə görülən işlər davam etdirilməkdədir.