Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında “Breyn-rinq” intellektual oyunu keçirildi.

14 mart 2015 | 11:00

14 mart 2015-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və Boss Şelf MMC-nin dəstəyi ilə rayon gənclərindən ibarət komandalar arasında “Breyn-rinq” intellektual oyunu üzrə I Qaradağ rayon çempionatıı keçirildi.
   Tədbirin açılış hissəsində çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova komandaları rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından salamyaraq bütün iştirakçıları çempionatın açılışı münasibətilə təbrik etdi. Qeyd etdi ki, təməli ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin intellektual səviyyəsinin artırılması, onların milli və ümumbəşəri dəyərlərə yiyələnməsi dövlətin daim diqqət mərkəzində saxlanılır, rayonda gənclər hərəkatına geniş yer ayrılır.
     Daha sonra komandalar yarışın şərtləri və qaydaları ilə tanış edildikdən sonra çempionata start verildi. Gərgin keçən yarışın ümumi yekun nəticəsinə görə I yerə Ekvilivrium, II yerə İstiqlal, III yerə Rotterdam komandaları layiq görüldü.
   Yarışın musiqi fasilələrində Respublika musiqi müsabiqələrinin iştirakçılarının ifasında mahnılar dinlənildi.
   Tədbirin sonunda qalib komandalar və fəal iştirakçılar diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər