Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəbliləri Quba rayonunda yerləşən “Soyqırım Memorial Kompleksi”ndə oldular.

14 mart 2015 | 11:00

14 mart 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi rayon ərazisində yerləşən orta məktəb şagirdləriylə birgə Quba rayonunda yerləşən “Soyqırım Memorial Kompleksi”ndə oldular.
Səfərdə əsas məqsəd gənclərimiz ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin bariz sübutları ilə tanış etmək, onların vətənpərvər ruhda böyüməsinə xidmət etməkdir.
Səfər çərçivəsində ilk öndə rayon məktəbliləri Quba rayonunda yerləşən ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra “Soyqırım Memorial Kompleksi” ilə tanış oldular.
Məlumat verildi ki, Quba şəhərində Soyqırımı Memorial Kompleksi Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə yaradılmışdır. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülmüşdür. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılmışdır. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və digər inzibati otaqlar vardır. Aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Keçidlər