Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi.

16 mart 2015 | 11:00

16 mart 2015-ci il tarixində Novruz bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirildi.
        Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edirdilər.
          Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüşdə iştirak edən Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzuladı. Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğuladı.
         Daha sonra görüş iştirakçıları adından çıxış Qaradağ rayon Korlar Cəmiyyətinin sədri Cəlaləddin Bayramov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirdi.
        Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı ailələrə ərzaq yardımı verildi.

Keçidlər