Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının yaradılmasının 22 illiyi və Gənclər Birliyinin hesabat-seçki konfransı ilə bağlı tədbir keçirildi.

13 mart 2015 | 11:00

13 mart 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının yaradılmasının 22 illiyi və Rayon Partiya Təşkilatının Gənclər Birliyinin növbəti hesabat-seçki konfransı ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov və YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin üzvləri iştirak ediblər.
İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbir YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin fəaliyyətini əks etdirən videoçarxla öz işinə başlayıb.
Daha sonra konfransı giriş sözü ilə açıq elan edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün həmin siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, həmçinin bildirib ki, bu gün Azərbaycanda bütün sahələrlə yanaşı, uğurlu gənclər siyasəti də aparılır: “Bu gün hər bir gənc dövlətimizin ona göstərdiyi diqqət və qayğıdan bəhrələnir, bu amil isə gənclərin gələcək faliyyətlərinə stimul verir. Məhz Qaradağ rayon gəncləri də bu kimi faktorları öz üzərlərində daim hiss edirlər”.
Tədbirdə çıxış edən Qaradağ rayon gəncləri Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar. Çıxışlarda ölkəmizdə gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığı, həmçinin YAP Gənclər Birliyinin Azərbaycanın ən böyük, güclü gənclər təşkilatı olduğu vurğulanıb.
Daha sonra Qaradağ rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilmiş nümayəndələr Yeni Azərbaycan Partiyası Qaradağ rayon Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs veriblər. Nümayəndələr həmçinin ümumi səsvermə ilə Gənclər Birliyi idarə heyətinin tərkibini, sədrini və onun müavinlərini seçiblər.
Yeni seçilmiş Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvlərini, sədrini və onun müavinlərini təbrik edən, yeni fəaliyyət sahəsində uğurlar arzulayan “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, respublikamızda ilk yaranan təşkilatlardan biri olan YAP Qaradağ rayon təşkilatı özünün fəaliyyət istiqamətinə görə hər zaman ön mövqelərdə qərarlaşıb: “Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Məhz bu fakt YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə yüksək məsuliyyət qoyur. Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti xalqımıza böyük uğurlar qazandırmışdır".
Qaradağ  rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova da öz çıxışında Gənclər Birliyi idarə heyətinin üzvlərinə uğurlar arzulayaraq qeyd etdi ki, gənclərdə milli təəssübkeşlik hissi nə qədər yüksək olarsa, bu da öz növbəsində onların fəaliyyət istiqamətlərinə bir o qədər işıq saçmış olar.

Keçidlər