Puta qəsəbəsində səyyar görüş keçirildi.
27 fevral 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.
Qəbula gələn qəsəbə sakinlərindən 21 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Puta qəsəbəsində qaz kəmərlərinin yenidən qurulması və yeni salınmış yaşayış massivinin qazlaşdırılması, 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, 326 saylı uşaq bağçası üçün 120 yerlik yeni binanın tikintisi işləri yekunlaşmışdır. Qəsəbə ərazisində mini futbol meydançasının və idman zalının tikintisi işləri davam edir. Bundan əlavə qəsəbədaxili yol və küçələrin abadlaşdırılması istiqamətində qəsəbədə 46 ədəd küçə işıqları quraşdırılmış, 29615 m2 mərkəzi yollara, 3005 m2 piyada səkilərinə asfalt örtüyü çəkilmişdir. Elektrik enerjisinin verilməsi keyfiyyətinin artırılması məqsədi ilə 5000 metr uzunluğunda SİP kabeli çəkilmiş, 200 ədəd yeni elektrik dirəyi basdırılmış, 400 kva gücündə 1 ədəd transformator quraşdırılmışdır.
Daha sonra sakinlərə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.