Şriftin ölçüsü :

Saytın rəngi :

“Paytaxt Gənclərinin Peşə və Yaradıcılıq festivalı” layihəsinə start verildi.

27 fevral 2015 | 11:00

27 fevral 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Paytaxt Gənclərinin Peşə və Yaradıcılıq festival” layihəsiylə bağlı tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon YAP təşkilatının Gənclər birliyinin sədri Ramiz Yusubov, “Yeni Nəsil” Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Asif Səlimovun digər qonaqlar və rayon gəncləri iştirak edirdi.       
İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bütün tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından salamladı. Qeyd etdi ki, Ümummilli Lider hər bir sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin gələcəyi naminə  onlara xüsusi diqqət göstərib. Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Bu gün Azərbaycanda gənclər siyasəti uğurlu şəkildə həyata keçirilir. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Keçirilən layihənin əsas məqsədinin gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunmalarının və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, öz hüquqları haqqında biliklərinin artırılması, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və gənclər arasında əməkdaşlıq şəbəkəsinin yaradılması kimi nailiyyətlərin əldə edilməsindən ibarətdir.
Tədbirdə çıxış edən Yeni Nəsil” Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Asif Səlimov layihənin məqsədi barədə iştirakçılara ətraflı məlumat verdi.
Daha sonra çıxış edən digər natiqlər də əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirildiyi fikrini səsləndirdilər. Bildirdilər ki, sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada, təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır Gənclərə dövlət qayğısı, qəbul olunmuş dövlət proqramlarının icrası, bu istiqamətində imzalanmış fərman və sərəncamların uğurlu icrası sayəsində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilir. Onlar dövlətdən hərtərəfli dəstək alaraq, gənclərin intellektualvə fiziki inkişafına, ictimai fəallığının və təşəbbüskarlığının artırılmasına yönəlmiş layihələr keçirirlər. Bu kimi tədbirlərin keçirilməsi gənclərin özünü təsdiq etmək üçün əlverişli şərait yaratdığını, onların daha da təşkilatlanması, çevik və düzgün qərarlar qəbul etmələri baxımından böyük imkanlar açır.

Keçidlər