Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart-Bədən tərbiyəsi və idman  günü”nə   həsr olunmuş rayon idmançıları ilə görüş keçirildi

04 mart 2026 | 15:52

04 mart 2026-cı il tarixində Qaradağ Rayon Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun təkilatçılığı ilə “5 mart-Bədən tərbiyəsi və idman  günü”nə   həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Vəfa Talıbova, Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Lökbatan bələdiyyəsinin sədr müavini Türkan Məmmədli, məşqçi-müəllimlər, idmançılar iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov açaraq idmançıları təbrik etdi. Çıxışını davam etdirərək bədən tərbiyə və idmanın tarixindən bəhs etdi, gəncləri layiqli və peşəkar idmançı kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, onlara hərtərəfli dəstək verərək idmançıların sayəsində Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin əsas xəttini təşkil etdiyini bildirdi.   Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın sağlamlığının möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq 5 mart tarixinin  Azərbaycan Respublikasında Bədən Təbiyəsi və İdman günü kimi qeyd olunması haqqında 4 mart 2005-ci il tarixli, 654 saylı Sərəncam imzalamışdır.

 İndi paytaxt Bakı və digər iri şəhərlərimizlə yanaşı Azərbaycanın ən uzaq əyalətlərində belə inşa olunmuş müasir idman komplekslərində bir çox beynəlxalq idman yarışlarının keçirilməsi üçün güclü maddi-texniki baza formalaşmışdır. Ən irimiqyaslı qitə yarışlarının ölkəmizdə keçirilməsi heç də təsadüfi deyildir.

İftixar hissi keçiririk ki, ölkəmizin qazandığı idman nailiyyətlərində Qaradağ rayon idmançılarının da payı az deyil. İdmanın müxtəlif növləri üzrə Qaradağ rayonu idmançıları dəfələrlə Bakı şəhəri, ölkə birinciliklərinin, beynəlxalq səviyyəli görüşlərin qalibi adına layiq görülüblər.

 İdmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirildi.

Tədbirdə iştirak edən məşqçilər idmançılara verilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkür edərək gənclərin bir şəxsiyyət kimi böyüməsində Dövlət Gənclər siyasətinin rolundan, peşəkar idmançılar vasitəsilə Azərbaycanın imicinin beynəlxalq aləmdə formalaşdırılmasının əhəmiyyətindən danışdılar. Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayonda yaradılmış gözəl şəraitdən danışıldı.

Tədbirin sonunda dünya, Avropa çempionatlarında, beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş idmançılar diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

 

 

 

Keçidlər