Şriftin ölçüsü :

Saytın rəngi :

“5 Dekabr – Beynəlxalq Könüllülər Günü”dür

05 dekabr 2022 | 15:56

   Respublikamızda dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə ­mühüm nəticələrə nail olunub.    

   05 dekabr 2022-ci il tarixdə “5 Dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə Qaradağ rayonunda tədbirlər keçirildi. Rayon könüllülərinin iştirakı ilə ilk olaraq Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanı ziyarət edildi və məzarların üzərinə gül dəstələri qoyuldu. Daha sonra tədbir gənclər tərəfindən ağacların əkilməsi ilə davam etdirildi. Ağacəkmə mərhələsindən sonra gələcək planlar haqqında danışmaq, fikir mübadiləsi aparmaq məqsədilə könüllülər Heydər Əliyev Mərkəzinə dəvət olundular.   

   Görüşü Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi giriş sözü ilə başladı. Müasir Azərbaycanda könüllülük sahəsində ilk addımlar ulu öndərimizin hakimiyyətə qayıdışından sonra atıldığını qeyd edərək, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsinin fəaliyyətə başladığını bildirdi. 2009-cu ildə isə Milli Məclis tərəfindən “Könüllü fəaliyyət haqqında” Qanun qəbul olunması Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsinə güclü təkan verdiyini söylədi. O, rayon gənclərinin könüllü kimi I Avropa Oyunlarında, İslam Həmrəylik Oyunlarında və bir çox digər beynəlxalq tədbirlərdə iştirakından danışaraq bu ənənənin bugünkü gənclər tərəfindən davam etdiriləcəyinə olan ümid və inamdan danışdı.

   Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Firidun Hüseynov çıxış edərək vurğuladı ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.

   Prezident İlham Əliyevin 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncam imzalaması ilə ölkəmizdə gənclər siyasətinin keyfiyyətcə yeni mərhələyə daxil olması da aparılan uğurlu siyasətin ifadəsi, sözügedən sahəyə göstərilən diqqət və qayğının məntiqi nəticəsi olduğunu qeyd etdi. Könüllülük fəaliyyəti yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, komandada işləmə, liderlik və ünsiyyət qurma bacarığı sahəsində gənclərə özlərini inkişaf etdirməyə dəstək olur, onların gələcək həyat fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.    

   Qarşılıqlı müzakirələr şəklində keçən tədbirdə könüllü gənclərin də fikirləri dinlənildi.  Onlar çıxışlarında qeyd etdilər ki, könüllülük fəaliyyəti onlarda şəffaflığı, operativliyi, məsuliyyəti, ətrafda baş verən hadisələrə daha həssas yanaşmağı, gülərüz və səbrli olmağı öyrədir. Keçiriləcək tədbirlərin könüllülük fəaliyyətinin daha geniş təşviq olunmasına töhfə verəcəyinə, gənclərdə bu fəaliyyətə marağın daha da artacağına böyük inam göstərdiklərini bildirdilər.

Keçidlər