“Xocalı-Qan yaddaşımızda!” mövzusunda ədəbi-bədii kompozosiya keçirildi.
24 fevral 2015-ci il tarixdə Qaradağ rayonu Ələt qəsəbəsindəki 110 nömrəli orta məktəbin akt zalında “Xocalı-Qan yaddaşımızda!” mövzusunda ədəbi-bədii kompozosiya keçirildi.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin polis kapitanı Kamran Kazımov və polis leytenantı Vahid Həsənov, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.
İlk öncə Dövlət Himnimiz səsləndi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov Xocalı soyqırımını Azərbaycanın və ümumiyyətlə bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu qeyd etdi. Bildirdi ki, Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyaətin nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Məhz Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri də "Xocalıya ədalət" kampaniyasıdır ki, bu beynəlxalq təbliğat-təşviqat kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır.
Tədbirin sonunda məktəblilərin ifasında səhnələşdirilmiş “Xocalı-Qan yaddaşımızda!” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olundu.