Qaradağ rayon gəncləri “Xocalıya ədalət” kampaniyasına qoşulublar.
Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 23 il ötür. 23 il ötməsinə baxmayaraq həmin faciəvi gün, dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır. Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir.
İllər keçməsinə baxmayaraq dünya ictimaiyyəti bu faciədən xəbərsiz qalmışdır. Lakin dövlətimizin apardığı siyasət nəticəsində bu faciə artıq tanınmaqdadır.
Məhz Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri də "Xocalıya ədalət" kampaniyasıdır ki, bu beynəlxalq təbliğat-təşviqat kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır.
Bu kampaniyaya dəstək məqsədilə Qaradağ rayon gəncləri fevral ayından etibarən Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Хоcаlı fаciəsinin 23-cü ildönümü ilə bağlı beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin E-MAİL-lərinə Xocalı soyqırımı haqqında reallıqların göndərilməsi aksiyasına start veriblər. Aksiya çərçivəsində Xocalı soyqırımının dəhşətli nəticələrini özündə əks etdirən məlumatlar 3 dildə hazırlanaraq göndərilməkdədir.