Şriftin ölçüsü :

Saytın rəngi :

“BP-Azərbaycan” şirkətinin nümayəndələri yerli sakinlər ilə görüş keçirdi.

06 fevral 2015 | 11:00

06 fevral 2015-ci il tarixində Qaradağ rayonu, Səngəçal qəsəbəsində “BP Azərbaycan” şirkətinin əməkdaşları Səngəçal qəsəbəsinin, eləcə də Səngəçal Terminalı ətrafında,  Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri marşrutu boyunca yaşayan qəsəbə sakinləri ilə görüş keçirdilər.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi Departamentinin Qaradağ regional şöbəsinin rəisi İlqar Mirzəyev rayon İcra hakimiyyətinin məsul işçiləri, bələdiyyə sədrləri də iştirak edirdilər.
İlk öncə çıxış Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov hər kəsi rayon rəhbərliyi adından salamladı, rayonda görülən quruculuq-abadlıq işləri barədə ətraflı məlumat verdi.
Daha sonra çıxış edən “BP-Azərbaycan” şirkətinin sosial məsələlər qrupunun rəhbəri İsmayıl İbrahimov 2014-cü il ərzində BP-nin əməliyyatları ilə bağlı yerli sakinlər ilə aparılan işləri müzakirə etdi, həmçinin BP şirkətinin operatoru olduğu obyekt və ixrac boru kəmərlərində həyata keçirdiyi əsas işlər və gələcək planlar haqqında ictimaiyyətə ətraflı məlumat verdi.
Görüşdə həmçinin BP Azərbaycan şirkəti ilə ARDNŞ-nin peşə təhsili sahəsində birgə təşəbbüsünün həyata keçirilməsi, Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi üzrə layihələrə yerli sakinlərdən işçi qüvvəsinin cəlb olunması sahəsində aparılan işlər və ətraf mühitin qorunması ilə bağlı  məsələlər də müzakirə olundu.
Sonda əhalini maraqlandıran suallara cavab verildi.

Keçidlər