Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin sağlamlığı daim diqqət mərkəzindədir.

04 fevral 2015 | 11:00

Vətəndaşların sağlamığının qorunması, göstərilən tibbi xidmətin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikası Preizdenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində uğurlu islahatlar aparılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb ocaqları tikilir, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görülür.
Bunun bariz nümunəsi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqdır.
Ölkə başçısının tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı aksiya fevralın 02-dən başlayaraq Bakının Qaradağ rayonunda uğurla icra olunmaqdadır. İlk növbədə rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Artıq 3 gün ərzində 1394 sakin müayinədən keçmişdir. Rayonun səhiyyə ocaqlarında keçirilən müayinələr yüksək səviyyədə təşkil edilmişdir. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stamotoloq və dermatoloqlar cəlb olunmuşlar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır.
Rayonunun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar tibbi müayinələrdə mütəşəkkil surətdə iştirak edirlər. Rayonda sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların tibbi müayinədən keçirilməsi üçün mühüm işlər görülmüşdür.
Belə ki, əhali arasında geniş təbliğat işləri aparılmış, yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılmış, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır.
         Müayinədən keçən rayon sakinləri onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

Keçidlər