Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul - Azərbaycan Polisi günü

02 iyul 2012 | 10:00

02 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis İdarəsinin rəisi, müavinləri və təltif ediləcək polis əməkdaşı iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik etmişdir.
Öz çıxışında başçı cənab Süleyman Mikayılov Azərbaycan Polisinin cinayətkarlığa qarşı mübarizə aparmasından, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğuladı. Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etdi. Bu gün Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşmasından, polis əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışmışdır.
Tədbirin sonunda Polis orqanlarında səmərəli fəaliyyətinə və Azərbaycan Polisi Günü münasibəti ilə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif edilmişlər.

Keçidlər