Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər gününə həsr olunmuş “Nə, harada, nə zaman” intellektual oyunu keçirildi.

01 fevral 2015 | 11:00

01 fevral 2015-ci il tarixdə Sahil qəsəbəsindəki Xəzri şadlıq evində Sahil qəsəbəsində yerləşən tam orta məktəblərin şagirdləri və məzunlarından ibarət komandalar arasında “2 fevral – Azərbaycan gəncləri günü”nə həsr olunmuş “Nə, harada, nə zaman” intellektual oyunu keçirildi.
Tədbirin açılış mərasimində çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gəncləri salamlayaraq onları bayram münasibətilə təbrik etdi. Qeyd olundu ki, Azərbaycan gəncləri gününün yüksək səviyyədə keçirilməsi məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyinə əsasən rayon üzrə silsilə tədbirlər keçirilir və böyüməkdə olan nəslin intellektual səviyyəsinin artırılmasına rayon rəhbərliyi böyük önəm verir. 
Açılışdan sonra sual-cavab mərhələsi başlandı. Gərgin keçən mübarizədə 228 nömrəli məktəbin komandası I yerə, 253 nömrəli məktəbin komandası II və III yerlərə, 273 nömrəli məktəbin komandası IV yerə layiq görüldü.
Qalib komandalar fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər