Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycanda gənclər hərəkatının tarixi” mövzusunda elmi-praktiki konfrans keçirildi.

29 yanvar 2015 | 11:00

29 yanvar 2015-ci il tarixdə Ümid qəsəbəsində yerləşən Gənclər mərkəzində “2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş  “Heydər Əliyev və Azərbaycanda gənclər hərəkatının tarixi” mövzusunda elmi-praktiki konfrans keçırıldi.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının himni səsləndi, Dövlət Gənclər siyasəti haqqında filmə baxıldı.
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd etdi. Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı“nın icrası ilə bağlı idarə tərəfindən görülmüş işlər, “2 fevral gənclər günü” münasibətilə keçiriləcək tədbirlər barədə qısa məlumat verdi.
Çıxış edən digər rayon fəalları  YAP Qaradağ RT-nın Gənclər Birliyinin sədri Ramiz Yusubov, 294 saylı məktəbin gənc müəllimi həmin məktəbin şagirdi gənc alim Arzu Xəlilova və ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdilər.
Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış gözəl şəraitdən danışılaraq gənclər adından rayon rəhbərliyinə təşəkkür edildi.

Keçidlər