Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi hissədə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda görüş keçirildi.

28 yanvar 2015 | 11:00

28 yanvar 2015-ci il tarixdə Puta qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə “2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş  “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda görüş keçirildi.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının himni səsləndi. 
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda ordu quruculuğu tarixindən, ümummilli liderin hakimiyyətə gəldikdən sonra bu sahədə atdığı addımlardan danışdı. Respublikamızın regionun ən qüdrətli ordusuna malik oluduğunu qeyd edərək bunun ulu öndər Heydər Əliyevin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü düzgün siyasətin nəticəsi kimi qiymətləndirdi.
Daha sonra çıxış edən YAP Qaradağ RT-nın Gənclər Birliyinin sədri Ramiz Yusubov orduya göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdilər. Bu gün hər bir gəncin vətənə xidmətə həvəslə istəklə yollandığı, onların hər an torpaqlarımızın azadlığı uğrunda canların keçməyə hazır olduqlarını bildirdi.
Tədbirin sonunda hərbi hissənin 10 nəfər gənc zabit və əsgəri rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər