2014-cü ildə Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
30 yanvar 2015-ci il tarixində Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri və adiyyatı orqanlar iştirak etdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Ə.Fərəcov hesabat verərək qeyd etdi ki, 2014-cü il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Lökbatan qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülmüşdür.
Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində qəsəbə ərazisində 301 saylı və “Aynur” uşaq bağçalarında əsaslı təmir işləri yekunlaşaraq istifadəyə verilmişdir. Gənclər evinin tikintisi yekunlaşmışdır. Hal-hazırda Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmir işləri aparılır. Həmin məktəbdə məskunlaşmış 18 ailə daha yaxşı şəraitlə təmin olunmaqla yeni mənzillərə köçürülmüş, məcburi köçkünlərin daha çox məskunlaşdığı 1 və 12 saylı yataqxanalarda isə əsaslı təmir işləri görülür. N.Mustafayev 2 və Rotterdam 3 ünvanlarında xeyir-şər evləri tikilmiş, lazımi avadanlıqlarla təchiz edilmişdir. Ə.Gülbabayev 16a və 26 saylı binaların fasadlarının üzlük materialları ilə üzlənməsi və bu binaların həyətlərinin abadlaşdırılması başa çatmaq üzrədir. Rayon məşğulluq mərkəzi ilə birlikdə əhalinin məşğulluğunu təmin etmək məqsədilə mütəmadi olaraq qəsəbə ərazisində səyyar əmək yarmakaları təşkil olunmuşdur. Qəsəbə ərazisində, eləcə də Bakı-Salyan yolunun yolunun qəsəbəyə düşən hissəsində 9 yaşıllıq sahəsində 24600 m2 ot örtüyü salınmış, 12000 ağac əkilmişdir. Bundan başqa əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təchizatı üçün və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür ki, 1 ədəd transformator məntəqəsi, 3 ədəd yeni yağ açar, 1700 metr kabel xətləri çəkilmiş, 3415 metr qaz xətti dövrəyə qoşulmuş, 3000 ədəd smart-kart tipli qaz sayğacları quraşdırılmış, qəsəbə ərazisində ümumilikdə 14 bina istilik enerjisi ilə təmin edilmiş, müxtəlif diametrli 355 metr su xətti dəyişdirilmişdir.
Hesabat yığıncağında iştirak edən 300-ə yaxın qəsəbə sakinlərindən 23 nəfəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən fərdi qaydada dinlənildi.
Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sakinlərin müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.