Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ildə Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

26 yanvar 2015 | 11:00

26 yanvar 2015-ci il tarixində Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəsi Ş.Nəcəfov hesabat verərək qeyd etdi ki, 2014-cü il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülmüşdür.

Belə ki, qəsəbənin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün yeni 630 kva-lıq transformator quraşdırılmışdır. Qaz təsərrüfatı sahəsində yeni yaşayış məntəqələrinə isə 320 sakin üçün qaz xətti çəkilərək, smart tipli sayğac quraşdırılmışdır. Su təsərrüfatı sahəsində ümumilikdə 500 p/m yeni su xətti çəkilmişdir. Qəsəbə ərazisində görülmüş abadlıq işlərinin nəticəsində ümumilikdə 2500-dən artıq ağac və dekorativ kollar əkilmiş, 3000 m2 sahəyə ot örtüyü salınmış, 3200 m2 sahəyə çınqıl verilərək abadlaşdırılmışdır. Şəhid Ağasahib İmanquliyevin xatirəsinə tikilmiş abidə təmir olunmuş, 223 nömrəli orta məktəbin hasarı isə yenidən tikilərək, xüsusi boya ilə rənglənmişdir. Qəsəbənin 4, 5, 6, 7-ci massivlərində geniş əraziyə malik sahədə  sakinlərin istirahəti üçün parkın salınması nəzərdə tutulmuşdur ki, burada təmizlik işləri aparılaraq xüsusi torpaq qatı verilib hamarlanmışdır. Müvafiq Dövlət Proqramının icrası nəticəsində qəsəbədə yeni müasir xəstəxananın tikinti işləri yekunlaşmış binadaxili və binaxarici təmir işləri,  idman zalının tikintisi və “Şəngülüm” körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam etdirilir.

Keçidlər