Şriftin ölçüsü :

Saytın rəngi :

“İlham Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafının perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirildi.

23 yanvar 2015 | 11:00

23 yanvar 2015-ci il tarixdə Ələt qəsəbəsində yerləşən 110 saylı məktəbdə “2 fevral-Azərbaycan gəncləri günü”nə həsr olunmuş “İlham Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafının perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Tədbirdə ilk öncə Dövlət Himnimiz səsləndi, Dövlət Gənclər siyasəti haqqında filmə baxıldı.
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd etdi. Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək,  dovlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulandı. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı“nın icrası ilə bağlı idarə tərəfindən görülmüş işlər, “2 fevral gənclər günü” münasibətilə keçiriləcək tədbirlər barədə qısa məlumat verdi.
Tədbirdə çıxış edən digər natiqlər də ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdilər. Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış gözəl şəraitdən danışılaraq gənclər adından rayon rəhbərliyinə təşəkkür edildi.

Keçidlər