Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ildə Qızıldaş qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

22 yanvar 2015 | 11:00

22 yanvar 2015-ci il tarixində Qızıldaş qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.

Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi İ.Yusiifov hesabat verərək qeyd etdi ki, 2014-cü il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülmüşdür.

Belə ki, qəsəbənin qaz ilə təchizatını yaxşılaşdırılması üçün ümumilikdə 5100 metr yeni qaz xətti çəkilmiş, 300 mənzildə smart kart tipli sayğac quraşdırılmışdır. Su təsərrüfatı sahəsində ümumilikdə 500 metrə yaxın yeni borular çəkilmişdir. Çoxmərtəbəli yaşayış binalarının 1200 m2 dam örtüyü şüşəruberoidlə təmir olunmuşdur. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”nın icrası ilə əlaqədar qəsəbə ərazisində 350 yerlik müasir Mədəniyyət evinin tikintisi işləri surətlə davam etdirilir.

Keçidlər