20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Qəlbimizdə daima yaşayacaqsız” adlı ümumrayon anım mərasimi keçirildi.
19 yanvar 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına mədəniyyət sarayında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qəlbimizdə daima yaşayacaqsız” adlı ümumrayon anım mərasimi keçirildi.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasim 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başladı.
Filmdə imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşilik bir daha tarixi yaşadırdı. Qaranlıq gecəni işıqlandıran güllələr, qorxulu səsi ilə irəliləyən tanklar, nifrət hissləri ilə dolu amansız əsgərlər mübariz xalqın üzərinə gedirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Görünməmiş qəddarlıqla keçən gecədə heç bir günahı olmayan onlarla dinc sakin öldürüldü, nəfər yaralandı. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı.
Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirildi.Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət himni səsləndi.