2014-cü ildə Müşfiqabad qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi C.Bayramov hesabat verərək qeyd etdi ki, 2014-cü il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Müşfiqabad qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülmüşdür.
Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində 274 nömrəli orta məktəb üçün 20 siniflik əlavə tədris korpusunun tikintisi və Müşfiqabad Mədəniyyət evi əsaslı təmiri 2014-cü il ərzində yekunlaşaraq istifadəyə verildi. Bundan başqa müxtəlif diametrli ümumilikdə 500 metr su xəttləri yeniləri ilə əvəz olunmuşdur. Elektrik enerjisinin təminatı sahəsində müəyyən işlər görülmüşdür ki, 1 ədəd 400 kva-lıq yeni transformator quraşdırılmış, 2600 metr AS-50 markalı naqillər çəkilmişdir. Eləcə də qəsəbə ərazisində yerləşən hündür mərtəbəli yaşayış binalarının dam örtükləri təmir olunmuş, yaşayış binalarında mövcud liftlərdən 18-ində əsas mühərrik, 15 ədəd qapı mühərrik təmir olunmuşdur.