2014-cü ildə Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
13 yanvar 2015-ci il tarixində Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi N.Mehdiyev hesabat verərək qeyd etdi ki, 2014-cü il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Ələt qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbədə bir sıra işlər görülmüşdür.
Belə ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla icra olunması ilə ötən il ərzində qəsəbənin qaz təsərrüfatı sahəsində müəyyən işlər görülmüş, Salyan yolunun sağ tərəfində əsaslı təmir işləri aparılaraq 89 mm-lik 572 metr, 76 mm-lik 1994 metr, 57 mm-lik 55 metr, Baş Ələt qəsəbəsi, Füzuli küçəsində əsaslı təmir işləri aparılaraq 76 mm-lik 1334 metr, 57 mm-lik 1100 metr qaz xətti çəkilmiş, mövcud smart kart tipli qaz sayğaclarının yeri dəyişdirilərək yeni çəkilmiş xəttin üzərində quraşdırılmış və istismara verilmişdir. Elektrik təchizatı sahəsində qəsəbənin 2 küçəsində 500 metrə yaxın yeni kabellər çəkilmiş, 560 kva-lıq yeni transformator quraşdırılmışdır. Qəsəbə ərazisində su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli ümumilikdə 3700 metr su xətti yenisi ilə əvəzlənmişdir. F.Hüseynov küçəsində 5003 m2 ərazi hamarlanmış, yollara karbonat verilərək asfalt hazırlığı işləri görülmüşdür. Qəsəbə ərazisində 3 yeni avtobus dayanacağı qoyulmuş, 500-ə yaxın müxtəlif növ ağac əkilmişdir. Sel sularının qarşısının alınması məqsədi ilə 500 metr kanal qazılmışdır. Bundan başqa qəsəbə ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evi-uşaq bağçası tikintisi və müvafiq Dövlət Proqramına əsasən 303 nömrəli məktəbin köhnə korpusunun cari təmiri, akt zalının tikintisi və idman meydançasının yaradılması nəzərdə tutulmuşdur.