Rayon Ağsaqqallar Şurası sədrinin 80 illik yubileyi qeyd olundu
10 yanvar 2015-ci il tarixində Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Təhməz Abbasovun 80 illik yubileyi qeyd olundu.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon ziyalıları və ictimaiyyət iştirak edirdilər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ilk öncə Təhməz Abbasovu rayon İcra hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik etdi, xoş və səmimi arzularını dilə gətirdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyev daim ağsaqqallara böyük ehtiramla yanaşıb, ağsaqqal sözünün hikmətinə, böyüklüyünə yüksək qiymət verib. Təhməz müəllim rayonumuzda böyük nüfuz sahibi olaraq hər zaman rayon gənclərinə düzgün istiqamət verib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib.
Daha sonra çıxış edən digər mərasim iştirakçıları da ağsaqqalın keçdiyi zəngin həyat ömrünə nəzər salaraq onun rayon ərazisində yüksən vəzifələrdə işlədiyini, həmişə rayonun inkişafı üçün əlindən gələni əsirgəmədiyini bildirdilər.
Tədbirin sonunda bu gözəl gün münasibətiylə Təhməz Abbasov Azərbaycan Ağsaqqallar Şurasının Sədri, millət vəkili Fəttah Heydərovun həmçinin rayon İcra hakimiyyəti başçısının fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.