Qaradağ rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olundu.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq evində bayram tədbiri keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak edirdilər.
Tədbirdə ilk öncə dövlət himni səsləndi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbirdə iştirak edənləri və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi.
Bildirdi ki, vidalaşacağımız 2014-cü ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunub. Respublikamız bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atıb. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam edib. Rayonumuzda açılan yeni sənaye müəssisələri, yenidən qurulan yollar, qəsəbələrin abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlər silsiləsindəndir.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Mixail Zabelin tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən şəxslərə fəxri fərmanlar və dəyərli hədiyyələr təqdim edildi.
Tədbir tanınmış musiqi ifaçılarının çıxışları ilə davam etdi.