Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.

29 dekabr 2014 | 11:00

29 dekabr 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
        Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 90 nəfər iştirak edirdi.
        Şurada Qaradağ rayonunda 2014-cü il ərzində rayon təsərrüfatı, kommunal xidmətləri və abadlıq sahələrində görülən işlər barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Rövşən Səməd-zadənin, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 2014-cü ildə daxil olmuş direktiv məktublarının icra vəziyyəti, qarşıda duran vəzifələr, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatında, qəsəbə nümayəndəliklərində 2014-cü ilin 11 ayında vətəndaşların müraciətlərinə baxılması, qəbulların təşkili, sənədlərlə işin vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Daşdiyevin məruzələri dinlənildi.
        Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
        Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində quruculuq və abadlıq işlərinin aparılmasını, vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını və onların həlli istiqamətlərində zəruri addımların atılması üçün müvafiq tapşırıqlarını verdi.
           Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.

Keçidlər