Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu körpələrimizə bayram sevinci bəxş etdi.

29 dekabr 2014 | 11:00

29 dekabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə uşaqlar üçün bayram şənliyi keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, rayon İcra hakimiyyətinin məsul işçiləri, sağlamlıq imkanları məhdud olan uşaqlar, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirdi. Qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışıb. Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə artıq vüsət aldığını tədbir iştirakçılarının nəzərinə çatdı.

Daha sonra tədbir bayram şənliyi konserti ilə davam edərək Şaxta baba, Qar qız, cizgi film personajlarının, nağıl qəhramanlarının şən zarafatları, incəsənət ustalarının çıxışları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.

Şənliyin sonunda uşaqlara hədiyyələr paylandı.

Keçidlər