Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası davam edir.

13 dekabr 2014 | 11:00

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilmişdir.
Məhz bu məqsəd ilə rayon ərazisində ağacəkmə işləri davam etməkdədir. Belə ki, Bakı şəhəri 1-ci Dairəvi yolun kənarında Eldar şamı, şam və müxtəlif növ ağac olmaqla ümumillikdə 1500-ə yaxın ağac əkilərək abadlıq işləri görüldü. İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görüldü, yeni torpaq qatı salındı, mineral gübrələr səpildi. Əkilən ağacların yerli iqlim və landşaft şəraitinə uyğun olmasına xüsusi diqqət yetirildi.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün başlanan bu hərəkat daha da genişlənərək böyük ərazini əhatə edəcək. Əkilən ağaçların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstəriləcək.

Keçidlər